Yerdən pul və ya əşya tapdıqda, aydın məsələdir ki, ya polisə, ya da tapılan əşyanın, pulun sahibinə məlumat vermək lazımdır.
Bəs bu halda tapan şəxsə tapdığından nə düşür?
Gununsesi.info-ya bu barədə hüquqşünas Şamil Paşayev danışıb.
O, həmçinin bunları deyib:
“Əgər bir il müddətində əşyanın və ya pulun sahibi müəyyən edilməsə, o, onu tapan şəxsin mülkiyyətinə keçir. Tapıldığı halda isə, tapan şəxsə 5 faiz məbləğində bəxşiş verilməlidir”.
Afət












