Yerevanda günorta saatlarında atışma oldu

  • By admin
  • 17 Aprel 2021 19:37

Ermənistanın paytaxtı Yerevanda polis əməkdaşı ilə atışma olub.

Gununsesi.info  xəbər verir ki, məlumatı “shamshyan” saytı yayıb.

Bildirilib ki, yerli vaxtla saat 11:15-də atışma barədə polisə məlumat daxil olub. Hadisə yerinə polisin əməliyyat qrupu gedib.

Adı çəkilməyən şəxs tutulub.

Hadisə yerindən avtomat, qumbara, ov tüfəngi, güllə və başqa sursat aşkarlanıb.

Gununsesi.info