Yerevanda növbəti aksiya: Paşinyanın istefası tələb edilir

  • By admin
  • 14 Dekabr 2020 19:49

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir.

Yürüşə yüzlərlə müxalifət tərəfdarının qatıldığı bildirilir.

Etirazçılar “xəyanətkar Nikol”, “Nikolsuz Ermənistan” şüarları səsləndirirlər.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirilir. Mitinqlərin əsas təşkilatçıları “Daşnaksütun”, “Ana Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır.