Yerevanın sərhəddə təklif etdiyi nəzarət-buraxılış məntəqələri Bakını qane etmir

  • By admin
  • 27 Oktyabr 2022 17:05

Ermənistanın Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi yaratmaq təklifləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının icrasının imitasiyasıdır.

 

Gununsesi.info bildirir ki, bu barədə cümə axşamı Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev bildirib.

Yerevanın təklif etdiyi məntəqələrdən başlayan yollar relyef və iqlim şəraiti baxımından Naxçıvanla nəqliyyat əlaqəsi və ilin əksər hissəsində beynəlxalq tranzit daşımaları üçün əlverişli deyil.

Bundan əlavə, nəzarət-buraxılış məntəqələri tərəflərin razılığı ilə simmetrik şəkildə açılmalıdır. Lakin Ermənistan Azərbaycanla heç bir razılaşma həyata keçirməyib.

Mustafayevin fikrincə, Ermənistanın təklifi Azərbaycanın qərb rayonları və Ermənistan arasında kommunikasiyaların yaradılması barədə 10 noyabr 2020-ci il sazişinin icrasından yayınmaq üçün formal xarakter daşıyır.

Ermənistan üçtərəfli bəyanatın 9-cu bəndini pozaraq Azərbaycanın qərb rayonları və Naxçıvan arasında nəqliyyat əlaqəsi üçün oprimal variantı təqdim etməyib.

 

Gununsesi.info