Yerevanın sabiq meri vəzifəsindən sui-istifadədə ittiham olunur

  • By admin
  • 28 Sentyabr 2019 17:17
Ermənistan Xüsusi İstintaq Xidməti Yerevan şəhərinin keçmiş meri Yervand Zaxariyanı vəzifəsindən sui-istifadədə təqsirləndirərək ittihamı irəli sürülüb.
Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, meriya 2008-ci ildə Qələbə parkına aid 10 min kvadratmetr yaşıllıq sahəsini qanunsuz olaraq 164,76 milyon drama (346 min ABŞ dolları) “Golden Pelis” mehmanxanasına satıb. Daha sonra özəlləşdirilməsi qanunla qadağan olunan sahə banka girov qoyularaq 25 milyon dollaradək kredit götürülüb.
Məsələ ilə bağlı şəhər meriyasının Memarlıq və Şəhərsalma İdarəsinin keçmiş rəisi Arsen Lalayants da müttəhim qismində cəlb edilib. Sözügedən maddə 6 ilədək həbs cəzasını nəzərdə tutur.
Gununsesi.org