“Yerlərdə büdcənin istifadəsində yeyintiyə və korrupsiya hallarına yol verilir” - VAHİD ƏHMƏDOV

  • By admin
  • 28 Sentyabr 2016 14:00
budce
Büdcənin istifadəsində əliəyriliyə yol verildiyindən, onun səmərəli istifadəsi üçün güclü maliyyə nəzarət mexanizminə ehtiyac var.
Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Vahid Əhmədov  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 28-də keçirilən iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, büdcədən ayrılan vəsaitlərə lazımi nəzarət mexanizmi olmadığından, yerlərdə büdcənin istifadəsində əliəyriliyə, yeyinti və korrupsiya hallarına yol verilir. “Ona görə də büdcədən ayrılan vəsaitlərin səmərəli və təyinatı üzrə istifadəsi üçün nəzarət mexanizmi olmalıdır. Bununla bağlı “Maliyyə nəzarəti haqqında” qanun qəbul edilməlidir”- deyə, millət vəkili vurğulayıb.
V.Əhmədov əlavə edib ki, 10 ilə yaxındır “Maliyyə nəzarət haqqında” qanun layihəsi hazırlanıb müzakirə üçün təqdim eilsə də, nədənsə qanun layihəsi müzakirəyə çıxarılımır və qanunun qəbulunu hər vəchlə  əngəlləyirlər. “Belə bir qanun qəbul edilmədən büdcənin səmərəli istifadəsinə nail olmaq mümkün olmayacaq. Baxmayaraq ki, dövlət başçısı İlham  Əliyevin dövlət büdcəsindən maliyyələşən dövlət təşkilatlarının  vəsaitlərinin səmərəli istifadəsi ilə bağlı bir sıra sərəncamları olub. Ancaq    bu vəsaitlərin daha  səmərəli istifadəsi  və onlara ciddi nəzarət mexanizmini özündə əks etdirən xüsusi bir qanunun qəbuluna  ehtiyac var. Və bu məsələ tezləşdirilməlidir. Ona görə ki, hər il  büdcə müzakirə olunan zaman bu məslələr gündəmə gəlir, hökumət söz verir, sonda yenə  məsələ öz həllini tapmır. Odur ki, bu məsələnin üstündə qətiyyətlə dayanıb, belə bir qanunun qəbuluna nail olmaq lazımdır”- deyə. V. Əhmədov bildirib.
Mürtəza
Gununsesi.info