Yerli dərman bazarı ilə bağlı təkliflər təqdim olunacaq

“Səhiyyə xidmətlərinin əsas keyfiyyət indikatorlarından biri uyğun qiymətə effektiv dərman vasitələrinin mövcudluğudur”.

Gununsesi.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev brifinqdə deyib.

HTML tutorial

T.Musayev bildirib ki, Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya” yaradılıb:

“Komissiyanın qarşısına dərman vasitələri sahəsində siyasətin və idarəetmə mexanizmlərinin, o cümlədən qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, əczaçılıq məhsullarının yerli istehsalının artırılması və digər tapşırıqlar qoyulub. Yaxın vaxtlarda Komissiyanın fəaliyyətinin yekunlarına əsasən yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər təqdim olunacaq”.

Gununsesi.info