Yerli idarəçilik demokratiyanın vacib elementidir

  • By admin
  • 16 May 2023 14:07

Avropa Şurasının İslandiya paytaxtı Reykyavikdə təşkil etdiyi sammit çərçivəsində “Demokratiya, insan hüquqları və qanunun aliliyinin təmin edilməsində yerli və regional hakimiyyət orqanlarının roluna dair yüksək səviyyəli konfrans” işinə başlayıb.

Gununsesi.info-nun İslandiyaya ezam olunan müxbirinin verdiyi xəbərə görə,  Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən təşkil olunan konfransda quruma üzv ölkələrdə bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılmasının vacibliyi önə çəkilib.

Tədbirdə çıxış edən  Reykyavik şəhərinin meri Daqur B. Eqgertsson bildirib ki, yerli idarəetmənin əsas prinsipləri xidmətlə yanaşı həm də əhalinin hüquq və əsas azadlıqlarının təmini baxımından əhəmiyyətlidir.

İslandiyanın İnfrastruktur Naziri Sigurdur İngi Yohannsson yerli idarəçiliyi demokratiyanın vacib elementlərindən biri adlandırıb. Onun fikrincə, yerlərdə kollektiv idarəçilik dövlətin yükünü azaldır və insanların özlərinə necə xidmət etməsi üçün seçim verir.

Pərviz Həşimli

İSLANDİYA/Reykyavik

Gununsesi.info