XƏBƏR LENTİ

21 Fevral 2018
20 Fevral 2018

18 Avqust 2016 - 10:16

Benzinin qiyməti düşürmü?-EKSPERT RƏYİ

vuqar-1

“Nazirlər Kabinetinin son qərarından sonra benzinin qiyməti aşağı düşəcəkmi? Sosial şəbəkədə ən çox soruşulan sual təbii ki, budur. Əvvəlla, qərarla 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə vergi və gömrük rüsumu güzəştləri tətbiq edilib. Bu isə o deməkdir ki, yalnız daha az oktanlı benzinlərin idxal xərci azalacaq”.

Gununsesi.info xəbər verir ki,  bunun iqtisadçı- ekspert Vüqar Bayramov öz “Facebook” statusunda qeyd edib. O, qeyd edib ki, deməli, ölkəyə daha aşağı xərclə Aİ 92 markalı və ya oxşar benzin gətiriləcək. Onun qeyd etdiyinə görə, ikincisi, Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Bununla yanaşı, əgər bu güzəştlərdən sonra ölkəyə idxal edilən Aİ 92 və ya oxşar markalı benzinin xərcində kəskin azalma olarsa o zaman şura tərəfindən qiymətlərə baxılıb benzinin qiymətinin aşağı salınması müzakirə edilə bilər.

“Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq. Amma bu halda güzəşt müddətinin uzadılması da əsas şərtdir. Aydındır ki, 2 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir. İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var. Üçüncüsü, güzəştlər çox qısa müddəti, yalnız 2 ayı əhatə etməsi də diqqəti cəlb edəndir. Güman olunur ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir- yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 2 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək. Belə görsənir ki, 2 ay müddətinin seçilməsi də onunla bağlıdır ki, həmin müddətdə istehsalın əvvəlki səviyyəyə qayıtması proqnozlaşdırılır. Bundan sonra bu idxal ilə bağlı güzəştlər ləğv ediləcək”-deyə, V. Bayramov daha sonra qeyd edib.

Gununsesi.info