Yerli sahibkarları “qara günlər” gözləyir - QUBAD İBADOĞLU

  • By admin
  • 24 Sentyabr 2016 13:04
qubad
Yerli sahibkarların “qara günlərı” başlayır.
Gununsesi.info  xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu  bir sıra rayonların özünümaliyyələşdirmə sisteminə keçməsi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, 2016-cı ildə yalnız Bakı, Sumqayıt, Abşeron, Şirvan, Mingəçevir, İmişli və Naftalan öz xərclərini yığdığı gəlirlərlə maliyyələşdirən şəhər və rayonlar olacaq. “Digər rayon və şəhərlər gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayırmalar alırlar.
Bir vaxtlar neft gəlirləri hesabına formalaşan dövlət büdcəsindən daha çox pay almaq uğrunda yarışa girən rayonlar, büdcənin “kasıblaşdığı” cari ildə xərclərini maliyyələşdirmək üçün qarşılaşdığı çətinlikləri bu ilin son aylarında daha çox hiss edəcəklər. Belə olan halda da , yerli sahibkarların qara günləri daha da tündləşəcək”– deyə, Q.İbadoğlu bildirib.
Gununsesi.info