İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdə (Qərbi Qüds hissəsində) baş verən terror aktında HƏMAS-ı günahlandırıb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, bu barədə İsrailin “YNet” agentliyi məlumat yayıb.
Qeyd edək ki, terrorçuların Yerusəlimin girişindəki avtobus dayanacağına hücumu nəticəsində azı 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Atışmanı törətməkdə şübhəli bilinən iki nəfər zərərsizləşdirilib.
Gununsesi.info