Yetər, vitaminlərə pul xərcləməyin!

  • By admin
  • 03 May 2017 23:05

b_520_0_16777215_0___images_stories_008MAY_vitaminlerr

 

Artıq uzun zamandır ki, bütün dünya üzrə insanlarda vitamin kompleksləri, mineral əlavələr və ayrı ayrılıqda vitaminlərin qəbulu bir vərdişə çevrilib.

Sherg.az xəbər verir ki, bəzi tibb alimlərinin fikrinə görə, belə profilaktik tədbirlər insanları onkoloji xəstəliklər, infarkt, insult kimi xəstəliklərdən qoruyub, ümumiyyətlə sağlamlığın bərkidilməsini təmin edir.

Yalnız son araşdırmaların nəticələrinə görə vitamin və minerallar xərçəng və infarktdan qorumur.

Belə ki, vitamin və qida əlavələrinin gələcəkdə sizə xeyirli olmaması ilə bərabər, bu növ profilaktik tədbirlər sizi ürək və damarlarda yaranan problemlərdən qoruya bilməz. Mütəxəssislər belə nəticəyə 500000 insanın iştirakı ilə keçirilən 27 müxtəlif araşdırma əsasında gəlmişlər. Belə maştablı araşdırmalar əsasında mütəxəssislər kifayər qədər sərt adı olan məruzə hazırlamışlar: ” Yetər: Bəsdir artıq vitamin və mineral əlavələrə pul xərcləməyiniz”.

Həmçinin mütəxəssislər bəzi hallarda hətta vitamin və mineral komplekslərin insan sağlamlığına zərərli olduğunu da iddia edirlər. Daha öncə Kalifornia universitetinin mütəxəsissləri orqanizmdə D vitaminin çatışmamazlığı depressiyanın inkişafına gətirdiyini, indi isə E və C vitaminlərinin normadan artıq qəbulu həyat davamiyyətinin qısalmasına səbəb olduğunu deyirlər.

Təəssüflər olsun ki, insan orqanizmi vitamin C – nin istehsal və əldə olunmasını özü təmin edə bilmir. Orqanizmin qoruyucu potensialının gücləndirilməsi məqsədi ilə insanlar bu vitamini həb formasında qəbul edir. Mütəxəssislər bu vitamin tərkibli həbləri araşdıraraq belə nəticəyə gəliblər ki, 1 həb-in tərkibində gündəlik vitamin normasından qat -qat yüksək doza vardır. Nəzərinizə çatdırırıq ki, insana gündəlik 40 ml/qr C vitamini , hüceyrə quruluşuna kömək edən A və E vitaminləri isə 3-4 ml/qr dozanı təşkil edir.

Aparılan tədqiqatların nəticələrindən bəlli olub ki, həblərdə olan vitaminlərdə insan həyatı üçün təhlükəli dozada xeyirli maddələr var. Mütəxəsislər orqanizminizi vitaminlə təmin etmənin ən optimal variantını balanslaşdırılmış sağlam qidada görürlər. Məsələn, E vitaminini yağ, qoz, yumurta, göyərti, süd, ət və ciyər kimi qida məhsullarında, C vitaminin isə bir çox meyvə və tərəvəzlərdə, xüsusən də sitrus meyvələrində əldə edə bilərsiniz.

 

Gununsesi.info