Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

17 Avqust 2016 - 17:13

“Yetenək  Sizsiniz” yarışmasının qalibi həbs edilib

yeteneksiz

 

Erciyes Universitetində (ERÜ) daha əvvəl FETÖ-çü olduğu bilinən və haqlarında nəzarət qərarı verilən 100 akademik və inzibati heyətdən 76 nəfəri həbs edilib.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kayseri şəhər Prokurorluğu Konstitusiyaya  nizamnaməsinə qarşı işlənən Cinayətlər Bürosunda icra edilən istintaq çərçivəsində ERÜ-nin strukturlarında Fətullahçı Terror Təşkilatı  daxilindəki fəaliyyətlərinə görə müəyyənləşdirilən, prokurorluğun sanksiyası və məhkəmə qərarı ilə haqqlarında nəzarət qərarı çıxarılan 100 akademik və inzibati işçinin həbsi üçün Kayseri, Ankara və Tokatda  eyni vaxtda əməliyyat keçirilib.

Populyar “Yetenək  Sizsiniz” yarışmasına qatılan Akdoğan da nəzarətdə götürülənlər arasındadır. O, televiziya kanallarından birində qabiliyyət yarışmasında yarışıb. ERÜ Bədən tərbiyəsi və İdman Peşə Yüksək Məktəbi (BESYO) müəllimi, milli gimnast və məşqçi Hakan Akdoğan  hazırda təhlükəsizlik İdarəsinə aparılıb.

Nəzarətə alınan şübhəlilər, Kayseri Təhsil və Araşdırma Xəstəxanasında sağlamlıq  müayinəsindən  keçirildikdən sonra təhlükəsizlik idarəsinə gətiriliblər.

Ünvanlarında tapılmayan digər şübhəlilərin tutulması istiqamətində işlər davam edir.

Gülnaz Qənbərli

Gununsesi.info