Yetim Eyvaz vəfat etdi

  • By admin
  • 23 İyul 2017 16:33

2851671500808988jpg
Yetim Eyvaz kimi tanınan şair Eyvaz Qurbanov bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Modern.az-a şairin yaxınları məlumat verib.

Bildirilib ki, şair ağciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib.

Mərhum doğulduğu Siyəzənin Qərəh kəndində dəfn olunacaq.

Allah rəhmət eləsin!

Gununsesi.info