
Türkiyədə yetkinlik yaşına çatmayan qız ana olub. Sevgilisindən hamilə qalan qız qorxduğu üçün bunu ailəsindən gizlədib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda yaşayan və həftə sonunu keçirmək üçün ailəsiylə birlikdə Tekirdağın Süleymanpaşa bölgəsindəki Kumbağda dəniz sahilinə istirahətə gələn 17 yaşlı qız dünyaya oğlan uşağı gətirib.
Belə ki, Kumbağ dəniz sahilində istirahətə edən 17 yaşlı qız qarın ağrısı və şiddətli sancı səbəbiylə çimərliyin tualetinə gedərək tək başına bir oğlan körpəsi dünyaya gətirib.
Daha sonra qız körpənin göbəyini kəsərək dəsmala bükərək tualetdə qoyub təkrar ailəsinin yanına geri dönüb və ailəsiylə birlikdə çimərliyi tərk edib.
Tualetdə körpənin ağlama səsini eşidən vətəndaşlar dərhal jandarma və Təcili Tibbi Yardım Xidmətinə məlumat veriblər. Hadisə yerinə gələn Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları körpəni Tekirdağ Dövlət Xəstəxanasına yerləşdiriblər.
Jandarma qruplarının apardıqları araşdırma nəticəsində 17 yaşlı qız daxil, anası, atası və qardaşı nəzarətə götürülüb. Tekirdağ Ədliyyə şöbəsində onların ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Qız isə Tekirdağ polisi tərəfindən həbs olunub.
Anar
Gununsesi.info