YAP-çi deputat məhkəmə hakimiyyətini qanunsuzluqda ittiham etdi - ADAM XƏCALƏT ÇƏKİR

  • By admin
  • 12 Oktyabr 2016 15:47

 

yy

“Son 10 ildə komitəyə eyni problemlərlə bağlı 10-15 dəfə yazan adam görmüşəm. Vallah, adamın nüfuzu aşağı düşür, heç nə edə bilmirik. Belə hallar bizi çox incidir”.   Gununsesi.info-nun xəbərinə görə,  bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında adıçəkilən komitənin sədr müavini, millət vəkili Yevda Abramov deyib. Deputat bildirib ki, məhkəmələrdə insanlara qarşı çox haqsızlıqlar edilir: “Düzdür, məhkəmələr hakimiyyətin bir qoludur. Parlament də hakimiyətin qanadı kimi qanunvetrici orqandır. Amma biz heç cür problemlərin həllinə təsir edə bilmirik. Bəzən görürük ki, məhkəmələrdə vətəndaşlara haqsızlıqlar olur. Profesional hüquqünas olmasaq da, bilirik ki, bu gün məhkəmələr açıq-aşkar tərəf tuturlar. Belə olmaz. Düzdür, məhkəmədən hər iki tərəf heç bir halda razı qala bilməz. Hansısa tərəf yekunda onsuz da narazı qalacaq. Amma ədalətli qərarlar çıxarmalıdırlar”.
Y. Abramov son aylar İnsan hüquqları komitəsinə daxil olan müraciətlərdən də bəhs edib:  “Amma son aylar bizim komitəyə daxil olan şikayətlər mənzil-tikinti korporatvlərindən (MTK), banklardan və kreditlərdəndir. Ölkədə məhkəmə qərarların icrasına nəzarət çox zəifdir. Çünki bu qurumların heç biri işləmir. Məhkəmələr qərarlar qəbul edirlər, amma icra orqanları ya bu qərarları icra etmək istəmirlər, ya da icra edə bilmirlər. Halbuki, buna görə vətəndaşlar yenidən məhkəmə iddiaları qaldıra bilərlər.
Həqiqətən də bu məsələlərə görə regionlarda ciddi problemlər var, insanlar narazıdır. Məktubun birində vətəndaş yazır: “Göydə Allah, yerdə sizə ümid edirəm. Sizdən kömək diləyirəm. Sizə güvənib yazmışdım. Sizdən də bir xeyir olmadı”. “Adam belə məktubları oxuyanda xəcalət çəkir”– deyə, o, bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info