Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagirdlərə İranın Ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi qeyd edilib.
Eyni zamanda, görüntülərdə Azərbaycan bayrağının yanlış asılması da əks olunub.
Yevlax Rayon İcra Hakimiyyətindən Publika.az-a bildirilib ki, bu barədə onlarda hər hansı məlumat yoxdur. Bu kimi məsələlərlə icra hakimiyyəti yox, Mərkəzi Aran Regional Təhsil İdarəsi məşğul olur.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ barədə açıqlama veriləcək.