Yevlax sakininin maşınından bıçaq çıxdı - ƏMƏLİYYAT

  • By admin
  • 16 Fevral 2017 14:21

bicaq

Yevlax rayon sakinindən beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 14-də Goranboy rayonu ərazisində Yevlax rayon sakini Cavanşir Bəlicəlalinin idarə etdiyi “Toyota” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Sürücünün üzərinə baxış zamanı beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Anar
Gununsesi.info