Yevlax və Masallı sakinlərindən tapança və qumbara götürülüb

  • By admin
  • 18 İyul 2017 12:36

tapanca qumbara

Yevlax şəhər sakinindən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakini Qnyaz Bəkirovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.

Bundan başqa Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Keşlə dəmir yolu stansiyasının ərazisində Masallı rayon sakini Ziyafət İbadova məxsus “KamAZ” markalı avtomobilə baxış zamanı “F-1” qumbarası və 1 ədəd alışdırıcı aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info