Yevlaxda 4 otaqlı ev yandı

  • By admin
  • 01 Avqust 2021 20:28

Yevlax rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Kövər kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info