Yevlax şəhər sakini Xuraman Məmmədova 48 ildir ki, elektrik mühərriklərinin təmiri ilə məşğuldur.
Gununsesi.info baku.tv-yə istinadla bildirir ki, o, nəinki Yevlaxda, eləcə də respublikamızda bu peşənin sahibi olan bəlkə də yeganə qadındır.
Xuraman Məmmədova bildirib ki, 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikumunun qiyabi şöbəsinə qəbul olub və bu dövrdə Maşınqayırma zavodunda işə düzələrək elektrik mühərriklərinin təmiri peşəsinə yiyələnib. O, iş zamanı bəzən başına maraqlı hadisələr də gəldiyini bildirib. X.Məmmədovanın sözlərinə görə, çox vaxt müştərilər onun qadın olduğu üçün işin öhdəsindən gələ bilməyəcəyini düşünür. “Dörd övladım, 13 nəvəm var. Oğlanlarıma da bu sənəti öyrətmişəm. Həmişə fəxr etmişəm ki, bu sənətdə təkəm”, – deyə o qeyd edib.
Gununsesi.info