Yevlaxda ağır qəza: Bir nəfər öldü – VİDEO

Yevlaxda bir nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.info xəbər verir ki, qəza gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Xanabad kəndindən keçən hissəsində qeydə alınıb.

HTML tutorial

Hərəkətdə olan VAZ-2107 və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı avtomobillərdən birinin sürücüsü, 28 yaşlı Ağdaş rayon sakini Elvin Cabbarov hadisə yerində dünyasını dəyişib. Nəqliyyat vasitələri isə deformasiyaya uğrayıb.

Qeyd edək ki, hadisənin yaşandığı magistral yolu yeni çəkilib. Orada sürət həddini göstərən lövhələr quraşdırılıb, ötmə əməliyyatını tənzimləyən xətlər çəkilib.

Əraziyə polis əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info