Yevlaxda ağır qəza - ÖLƏN VƏ YARALANLAR VAR

  • By admin
  • 13 Yanvar 2017 17:17

qeza

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Yevlax-Bərdə avtomobil yolunda qeydə alınan qəzada 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Belə ki, “VAZ-2107” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətələri alıblar. “VAZ-2107″də olan sərnişin isə hadisə yerində ölüb.

yaralılar Bərdə Rayon Mərkəzi XəstəXanasına (RMX) yerləşdiriliblər.

Qeyd edək ki, qəzada ölən və yaralananların şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info