Yevlaxda ağır yol qəzası baş verib - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 14 Aprel 2018 08:40

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki,Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində “Ford Transit” markalı “01-BM-681” dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq “Kamaz” markalı “09-BC-050” dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.

Nəticədə bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisə zamanı zərərçəkənlərin hamısı “Ford Transit”də olublar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info