Yevlaxda avtomobil yandı

  • By admin
  • 10 Yanvar 2017 12:36

avtomobil-yangini

Yevlaxda vətəndaşa məxsus minik avtomobili yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Yevlax şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin idarəetmə lövhəsi yanmış, yüksək temperaturdan avtomobilin salonunun üzlük hissəsi qismən qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info