YEVLAXDA DƏHŞƏTLİ QƏZA –  6 nəfər ölüb!(Yenilənib)

  • By admin
  • 12 May 2017 22:23

qeza1

 

Yevlax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində ölənlərin üçü Yevlax, üçü isə Mingəçevir şəhərinin sakinləridir.

“Report”un məlumatına görə, hadisə zamanı hər iki avtomobildə 3 nəfər olub.
Ölənlərdən 3-ü Yevlaxın Salahlı kəndinin, digərləri isə Mingəçevir şəhərinin sakinləri, “Veysəloğlu” şirkətinin əməkdaşlarıdır.

Cəsədlərin avtomobillərdən çıxarılmasına FHN-nin Mingəçevirdən göndərilmiş briqadası cəlb edilib və xüsusi alətlərdən istifadə olunub.

Qeyd edək ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-21015″ və “VAZ-2107″ markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

***

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015″ və “VAZ-2107″ markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info