Ötən gün axşam saatlarında Yevlax rayonu ərazisində “Mercedes” markalı maşın Qarabağ kanalına aşıb.
Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində avtomobilin sürücüsü Həsənəv Cavid suda boğularaq ölüb.
Onun meyiti bu gün günorta saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 2002-ci il təvəllüdlü Cavid Həsənov hərbçi idi. O, 3 ay əvvəl MAXE kimi ordu sıralarında xidmət etməyə başlamışdı. Cavid Həsənov hadisə zamanı avtomobildə tək olub.
Gununsesi.info