
Bu gün polisin axtarışa verdiyi Yevlax sakini olan 4 yeniyetmə tapılıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə DİN açıqlama yayıb.
Keçirilmiş tədbirlər nəticəsində Yevlax rayonunda itkin düşən 4 yeniyetmə tapılıb.
Hazırda Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
Ancaq açıqlamada həmin şəxslərin haradan tapılması deyilməyib.
Xatırladaq ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə – 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.
Afət
Gununsesi.info