
Yevlaxda məcburi köçkünün məskunlaşdığı ev partlayıb.
Gününsəsi.info xəbər verir ki,hadisə Yevlax rayonunun Aran qəsəbəsində qeydə alınıb.Laçin rayonundan məcburi köçkün olan Vəzirxan Novruzovun evinə qonag gələn qohumu Nicat İsmayilov otaqda işığı yandırarkən qəfil partlayiş baş verib. Nicat İsmayilov üz və əl nahiyələrindən yanıq xəsarətləri alib. Partlayis nəticəsində otaqdakı əşyalar yanıb. Xəstəxanaya yerləşdirən Nicat İsmayilova tibbi yardım göstərilib. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Gününsəsi.info