Yevlaxda mərmi partladı -Kəlbəcər köçkünü ağır yaralandı

  • By admin
  • 02 Mart 2017 10:09

mermi

Dünən Yevlax rayonu ərazisində, Qarabağ kanalı ətrafında mərmi partlayıb.

Gununsesi.info-ya Mingəçevirdən daxil olan məlumatda bildirilir ki, adıçəkilən ərazidə qoyun otaran Kəlbəcər köçkünü Süleymanov Babək Əli oğlunun tapdığı mərmi partalyıb.

Partlayış nəticəsində çobanın bədəninin müxtəlif yerlərində xəsarətlər yaranıb.

Hazırda Mingəçəvir Şəhər Kliniki Xəstəxanasına yeləşdirilən Babək Süleymanovun bu gün Bakıya gətiriləcəyi deyilir.

Gununsesi.info