Yevlaxda maşının vurduğu qadın piyada xəstəxanada dünyasını dəyişib

  • By admin
  • 07 Oktyabr 2017 22:05

qeza_0235

Yevlaxda avtomobil tərəfindən vurulmuş qadın xəstəxanada dünyasını dəyişib.
“Report” xəbər verir ki, hadisə oktyabrın 2-si axşam saatlarında rayonun Aran qəsəbəsində baş verib.
Həmin ərazidə yolu keçmək istən 1959-cu il təvəllüdlü qəsəbə sakini Zöhrə Əliyeva “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Hadisə zamanı ağır xəsarətlər almış yaşlı qadının boynunun iki fəqərə sümüyü sınıb. Əslən Ağcabədi rayonundan olan qadın bu gün xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info