Yevlaxda “Mercedes” aşdı  - Ölən və yaralanan var

  • By admin
  • 09 Sentyabr 2021 16:49

Sentyabrın 8-də saat 22 radələrində Yevlax rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, rayonun Salahlı kəndi ərazisində İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini Elçin Əhmədov xəstəxanaya yerləşdirilib, E.Əhmədov orada ölüb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.info