Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən var

Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

HTML tutorial

Onlardan biri – 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.

Digər qadın ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info