Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

17 Oktyabr 2017 - 13:28

Yeyib-içdilər hesab ödəmədən qaçdılar- FOTO+VİDEO

590993_01

Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə “Vaqon” restoranının sahibi Zaur İsmayılzadə  baku.ws-yə məlumat verib. Restoran sahibi bildirib ki, 2 oğlan, 1 orta yaşlı kişi və 1 uşaq masalardan birində əyləşərək sifariş verib.

Hesab gələndə isə uşaq, daha sonra digər 2 nəfər restoranı tərk edib. Sonda qalan şəxs isə işçilərin yaxınlığında olmadığını fərq edib və restorandan qaçıb.

Restoran sahibi bildirir ki, müştərilər 100 manata yaxın hesabı ödəməyib. Qəbzdən göründüyü kimi, işbazlar özlərinə pulsuz qonaqlıq verib. Yaxşıca yeyib-içən şəxslər restorana zərər vurduqdan sonra qaçıb. Restoran sahibi sözügedən şəxslərin tapılması istiqamətində tədbirlər görülməsi üçün polisə müraciət edib.

590993_02

Gununsesi.info





loading...