Yığmamız məğlub olub

  • By admin
  • 06 Oktyabr 2016 17:44

yigma
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Litvanın Marijampole şəhərindəki eyniadlı stadionda Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Murad Xaçayev fərqlənib.

Futbolçularımız qrupda son oyununu oktyabrın 9-da, saat 15.00-da Litva yığmasına qarşı keçirəcək.

Anar

Gununsesi.info