Yığmamız “Prezident kuboku”nda heç-heçə edib

  • By admin
  • 09 Avqust 2016 12:31

affa

 

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş  “Prezident kuboku” turnirində ikinci oyununu keçirib.

AFFA-dan Gununsesi.info verilən məlumata görə,Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 2:2. Komandamızın qollarını Kamran Quliyev və Şakir Seyidov vurub.

Futbolçularımız turnirdə növbəti oyununa avqustun 11-də çıxacaq. Rusiya-2 yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Anar

Gununsesi.info