
Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, Estoniyanın U-19 komandasına qarşı keçirilmiş oyun 5:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Bahadur Həziyevin dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Elçin Əsədov, Fərid Nəbiyev və Əli Sadıxov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş yoldaşlıq görüşündə hesab açılmayıb.
Anar
Gununsesi.info