Yığmamız Sloveniyada hazırlıq keçəcək

  • By admin
  • 14 Sentyabr 2016 22:47

fy

 

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı və heyəti müəyyənləşib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, millimizin sentyabrın 16-dan oktyabrın 3-dək Sloveniyada təlim-məşq toplanışı keçiriləcək.

Hazırlıq prosesinə 27 oyunçu dəvət olunub. Heyətdə Nicat Süleymanov, Ruslan Hacıyev, Famil Camalov (hamısı “Qarabağ”), Yusif Cəfərov (“Kəpəz”), Fuad Bayramov (AZAL), Emin Quliyev, İsmayıl İbrahimli (hər ikisi MOİK), Qara Qarayev, Aqşin Quluzadə, Emil Əliyev (hamısı “İnter”), Tural Bayramlı, Əli Əliyev, Xaliq İbrahimov (hamısı “Sumqayıt”), Kamran İbrahimov, Anton Krivotsyuk, Ömər Buludov (hamısı “Neftçi”), Camal Camalov (“Zirə”), Sərxan Əhmədli (“Səbail”), Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov, Elvin Dəmirov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Murad Xaçayev (“Şaxtyor”, Donetsk, Ukrayna), Ziya Əzizov (“Den Boş”, Hollandiya) yer alıblar.

Toplanış çərçivəsində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

 

Gununsesi.info