Yığmamız yoldaşlıq oyunu keçirəcək - FOTO

  • By admin
  • 29 Mart 2017 11:59

unnamed (4)
Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan milli komandası Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) Gununsesi.info-ya verilən məlumata görə, saat 18:30-da başlayacaq oyunu FİFA referiləri Yusif Nurullayev və Elçin Səmədli idarə edəcək. Üçüncü hakim Hikmət Qafarlı olacaq.

Qeyd edək ki, oyun CBC Sport televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Anar
Gununsesi.info