Yığmamızın rəqibləri bəlli oldu

  • By admin
  • 16 Dekabr 2016 19:47

y

 

Gələn ilin yanvar ayında keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirin püşkü atılıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının da rəqibləri müəyyənləşib.

C qrupunda mübarizə aparacaq millimiz Litva, Slovakiya və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

A qrupu: Tacikistan, Yunanıstan, Bolqarıstan, Estoniya
B qrupu: Latviya, Belarus, Rusiya, Hindistan
C qrupu: Litva, Azərbaycan, Slovakiya, Qazaxıstan
D qrupu: Moldova, Sloveniya, Sankt-Peterburq, İran

Gununsesi.info