“Ölümü ölümlə qorxudaraq, yolumuza davam edəcəyik” - ƏRDOĞAN "ŞEHİTLER KÖPRÜSÜ"NDƏ BELƏ DEDİ- FOTOLAR - YENİLƏNİB (2)

  • By admin
  • 15 İyul 2017 23:41

binali-yildirim-1

Türkiyənin baş naziri Binali Yıldırım və hökumət üzvləri Çengelköydən 5 kilometr uzaqlıqdaki “15 Temmuz Şehitler Köprüsü”nə doğru yürüş edib.

Gununsesi.info-nun xəbərinə görə,  Yıldırım vətəndaşların böyük sevgi göstəriləri altında yürüşünə “Beylerbeyi”nə qədər  davam edəcək.

Yıldırım “Çengelköy”dəki çıxışında “Çox dəyərli çengelköylülər, dəyərli həmşəhrilərim, əziz istanbullular… İndi  hamımız bərabər “Şehitler Abidesi”nə doğru yürüyürük. Gələcək üçün, istiqlal üçün, İstiqbal üçün, bir daha terorr örgütlərinin, “darbeçi”lərin bu ölkədə hər hansi bir qalxışmaya cəsarət etməmələri üçün, birlik üçün, bərabərlik üçün, tək millət üçün, tək bayraq üçün, tək vətən üçün, tək dövlət üçün hamımız bərabər yürüyürük, arkadaşlar”– deyib.

***

Qeyd edək ki, hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da “Şehitler Köprüsü”nə doğru yürüşə başlayıb.

***

“Şehitler Köprüsü”ndə çıxış edən B. Yıldırım bir daha 15 iyul hadisəsini törədənləri lənətləyib:

“Biz kimsənin qarşısında böyük bükmürük və bükməyəcəyik… Acımız kor atəş də olsa, hüznümüzü ürəyimizə göməcəyik. Göz yaşlarımızı içimizə axıdacağıq. Bu gün alçaqları, xainləri sevindirməyəcəyik…”

***

Ərdoğan isə çıxışnda deyib ki, “ölümü ölümlə qorxudaraq, yolumuza davam edəcəyik”.

O, həmçinin CXP və CXP genəl başqanı Kamal Kılıçdaroğlunun “kontrollu darbe” ifadə-ittihamına sərt şəkildə yüklənib.

“Bu, tərbiyəsizlikdir, bu, əxlaqsızlıqdır. 15 iyul “kontrollu darbe” deyil. Amma bu ifadəni işlədən CXP genəl başqanı “kontrollu genəl başqan”dır. O, onu genəl başqan yapanların kontrolundadır…”

Ərdoğan onu da bildirib ki, “Hər kəs bunu bilsin, Türkiyə göründüyündən ibarət deyil”.

Eyni zamanda qeyd edək ki, “Şehitler Köprüsü”ndə şəhidləri anma törəninə qatılanlar arasında sabiq baş nazir Tansu Çillər də var.

tansu-ciller

Kamil HƏMZƏOĞLU

Gununsesi.info