Yıldırımdan sərt bəyanat: “Kürd dövlətinin yaradılmasına imkan verməyəcəyik”

  • By admin
  • 22 Avqust 2016 21:41

Binali Y;ld;r;m

“Rəsmi Ankara Suriyanın şimalında kürd dövlətinin yaradılmasına imkan verməyəcək”.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.

“Türkiyənin mövqeyi bu məsələdə açıq və aydındır. Biz Suriyanın şimalında hər hansı kürd dövlətinin yaradılmasına  imkan verməyəcəyik. Bu, ərazi bütövlüyünü qorumağa çalışan Suriyanın özünün də maraqlarına ziddir”- deyə, B.Yıldırım sözlərinə əlavə edib.

Gununsesi.info