Yohannes Han iyulda Türkiyəyə səfər edəcək

  • By admin
  • 20 İyun 2017 12:40

Yohannes Han

İyulun 6-da Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Türkiyəyə səfər edəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin Avropa İttifaqı yanında fəaliyyət göstərən nümayəndəliyi məlumat yayıb.

Belə ki, Y.Hanın Türkiyəyə səfəri zamanı miqrant problemi bir daha müzakirə ediləcək.

Qeyd edək ki, Y.Han sonuncu dəfə 2016-cı ilin sentyabrında Türkiyədə rəsmi səfərdə olub.

Anar

Gununsesi.info