Yol kənarında dayanmışdı, maşın vurdu

  • By admin
  • 19 Sentyabr 2019 19:43

Bərdə sakinini avtomobil vurub.

Gununsesi.org  xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.

HTML tutorial

Belə ki, “Opel” markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanan rayon sakini Kənan Nəsirovu vurub. Yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

 

Gununsesi.org