Yol kənarında meyit tapıldı

Yol kənarında meyit tapıldı

59d3891ed8180_598465d943471_meyit-meshada
Bu gün günorta saatlarında Bakı-Quba yolunun Şabranın Ağalıq kəndi ərazisindən keçən hissəsində, yol kənarında kişi meyiti tapılıb.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Həmin şəxsin Şabran rayon sakini,1957-ci il təvəllüdlü Səfər Həmidov olduğu müəyyənləşdirilib.
İkin ehtimala əsasən S. Həmidov ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info

COMMENTS