
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org xəbər verir ki, qəza martın 9-da saat 23 radələrində qeydə alınıb.
Qəsəbə sakini M.Nəbiyev idarə etdiyi “Khazar” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Aydın Ağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayev martın 10-da orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.