Azərbaycanda 9 ay ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Gununsesi.info Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 9 ayı ərzində respublikanın avtomobil yollarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,6%-i (579 hadisə, 222 ölüm, 630 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23%-i (346 hadisə, 160 ölüm, 310 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3%-i (164 hadisə, 39 ölüm, 202 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,8%-i (28 hadisə, 14 ölüm, 27 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Yol-nəqliyyat hadisələrinin 41%-ni (615) piyadaların vurulması təşkil edib, nəticədə 228 piyada ölüb, 495-i xəsarət alıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri ölənləri 41-i, xəsarət alanların 137-si azyaşl uşaq və yeniyetmədir.
Anar
Gununsesi.info