Yol polisi ötən il 3 milyona yaxın sürücünü cərimələyib - RAMİL USUBOVDAN AÇIQLAMA

  • By admin
  • 29 Yanvar 2017 09:06

 

ramil

Daxili İşlər Nazirliyinin kollegiya iclasında çıxış edən nazir general-polkovnik Ramil Usubov yol hərəkəti təhlükəsizliyi haqqında danışıb. Gununsesi.info-nun xəbərinə görə, DİN rəhbəri yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq dördüncü ildir ki, nəzərəçarpan azalmanın müşahidə olunduğunu xatırladıb.

Yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 13 faiz artaraq 2.861.880 inzibati xəta təşkil edib. O cümlədən sürət həddinin aşılması ilə bağlı təxminən 2 dəfə, piyadar tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar 20 faiz, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı isə 37 faiz çox fakt müəyyən olunub. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika  üzrə 2015-ci illə müqayisədə 12,5 faiz çox və ya 2.970.367 protokol tərtib edilib. Nəticədə 2.884.578 nəfər cərimələnib,  3.858 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 47.236 şəxsə xəbərdarlıq edilib.
Yol Polisii