Elə xidməti maşınla da dayansalar onları görənlər…
Bura Kənar dairəvi yoldur. Əlavə yoldan əsas yola keçid hissəsində YPX əməkdaşları xidmət aparır. Amma maraqlıdır ki, burada patrul avtomobili ilə deyil, adı maşınlarla xidmət həyata keçirilir. Gizli xidmətin ləğv olunduğu vaxtda YPX əməkdaşları gah “VAZ-2106, gah “Tofaş”, gah da “Pajero” ilə ərazidə dayanırlar. Yaxınlıqda isə patrul avtomobili olur, amma çox zaman görünmür.
Ehtimal olunur ki, YPX əməkdaşları burada gündüz saatlarında yük maşınlarının şəhərə girməsinin qarşısını almaq üçün dayanırlar. Amma elə xidməti maşınla da dayansalar onları görən yük maşınları şəhərə girməz.
Görüntüləri təqdim edirik.(avtosfer.az)