
Göyçay Rayon Polis Şöbəsinnin Dövlət Yol Polisi Bölməsinin iki əməkdaşı xidməti avtomobilləri ilə qəza törədiblər. Gununsesi.info “Region xəbərleri”nə istinadən xəbər verir ki, Göyçay RPŞ-nin DYP-in rəisi Ənvər Əliyev və YPX-nin inispektoru Şahin Muradov Göyçay-Ucar yolunun Potu kənd ərazisində idarə etdikləri avtomobili aşırıblar.Avtoqəzaya səbəb yüksək sürət olub.Qəza zamanı xəsarət alan olmasada xidməti avtomobilə ciddi zərər dəyib.